Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:49

Noyabr ayında sonuncu dəfə belə isti 1974-cü ildə olub


İsti hava noyabrın 4-nə qədər davam edəcək

İsti hava noyabrın 4-nə qədər davam edəcək

Noyabrın 1-i olsa da, Bakı-Abşeron yarımadasında, eləcə də Azərbaycanın rayonlarında yaz havası müşahidə olunur. Anormal hava şəraiti cənubdan gələn isti hava kütlələriylə bağlıdır. Hazırda havanın tempraturu çoxillk normadan 5-6 dərəcə yüksəkdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, isti hava noyabrın 4-nə qədər davam edəcək. Bu günlər Bakıda və Abşeron yarımadasında tempratur müsbət 20-25 dərəcə olacaq. Mərkəzi Aran rayonlarında isə hərarət 25-28 dərəcəyə qədər yüksələcək. Adətən tempratur aşağı olan dağlıq rayonlarda istilik 18-21 dərəcə arasında olacaq.


Xanım Tağıyevanın sözlərinə görə, sonuncu dəfə noyabr ayında bu cür isti hava 1974-cü ildə olub. İsti havalardan sonra isə noyabrın 5-dən başlayaraq tempratur kəskin dəyişəcək. Gələn həftədən başlayaraq güclü şimal küləyi əsəcək, yağıntı gözlənir, tempratur isə xeyli aşağı düşəcək. Hidremetroloji Proqnozlar Bürosu havanın dəyişməsi ilə bağlı ictimaiyyəti əvvəlcədən xəbərdar edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG