Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20

Aprelin 24-də hökumət əleyhinə mitinqə çağıran Ermənistanın müxalifət qrupu, aprelin 7-də ofisində axtarış aparıldığını və liderlərinin polisə çağrıldığını xəbər verir.

Müxalifətdə olan Təsis Parlamenti aprelin 24-də, Ermənistanın iddia etdiyi “erməni soyqırımı”-nın 100 illiyində ölkədə kütləvi etirazlar təşkil etmək fikrindədir.

Təhlükəsizlik xidməti tədbirin qarşısının alındığını bildirib.

Təsis Parlamentinin fəalları , Azadlıq Radiosunun erməni xidmətinə hərəkatın Qafan və Gümrüdəkiliderlərinin də polisə çağrıldığını deyiblər.

Onların sözlərinə görə, polis hərəkatın Gümrüdəki ofisi və liderlərinin Yerevandakı evlərində axtarış aparıb.

Ermənisdan Osmanlı imperiyası dövründə 1 milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG