Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Erdogan iranlı həmkarı Hassan Rohani ilə görüşüb


Hassan Rohani və Tayyip Erdogan

Hassan Rohani və Tayyip Erdogan

İranda səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdogan aprelin 7-də iranlı həmkarı Hassan Rohani ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, əməkdaşlıq, regional problemlər və digər məsələlər arasında fikir mübadiləsi aparılıb.

Erdoganın həmçinin ölkənin ali dini lideri Ayatollah Ali Khamenei ilə görüşü nəzərdə tutulub.

Səfər Səudiyyə Ərəbistanının Yəməndə şiə qurupu olan Huthi üsyançılarına qarşı apardığı hərbi kampaniyaya görə, münasibətlərin gərildiyi bir vaxta düşür.

Erdogan bu yaxınlarda Səudiyyə Ərəbistanının rəhblərlik etdiyi bu əməliyyatları açıq şəkildə dəstəkləyib və Tehranı regionda qeyri-sabitlik yaratmağa cəhddə pisləyib.

İran isə Huthi üsyançılarına yardım göstərmədiyini təkid edir.

Qeyd edək ki, hazırda Yəmənin paytaxtı Sanaa və ölkənin bir sıra əyalətləri üsyançıların əlindədir.

Həmçinin Suriya müharibəsindəki fikir ayrılığına görə, son illər İranla Türkiyə arasındakı diplomatik münasibətlərdə soyuqluq müşahidə olunur.

Amma iki ölkə arasında yaxın iqtisadi əlaqələr var və İran Türkiyəni qazla təmin edən ikinci ölkədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG