Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:31

Moskva Afinaya ucuz qaz və sərfəli kredit təklif edə bilər


Belgium -- Greek Prime Minister Alexis Tsipras gives a press briefing at the end of the meeting with President of the European Parliament at the European Parliament in Brussels, February 4, 2015
Belgium -- Greek Prime Minister Alexis Tsipras gives a press briefing at the end of the meeting with President of the European Parliament at the European Parliament in Brussels, February 4, 2015

Yunanıstanın baş naziri Alexis Tsiprasın aprelin 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Yunanıstan liderinin Rusiyaya qarşı beynəlxalq sanksiyaları pisləməsi və bu ölkənin maliyyə böhranı ətrafında yaranmış vəziyyətə görə, səfər diqqətlə izlənəcək.

Tsipras səfər ərəfəsində Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaların nəticə verməyəcəyini deyib.

Tsipras həmçinin bildirib ki, Avropa Birliyinin üzvü olan Yunanıstan Qərblə Rusiya arasında körpü ola bilər.

Qeyd edək ki, yeni Yunanıstan hökuməti Avropa Birliyinin Afinaya ayırdığı maliyyə yardımının şərtləri ilə razılaşmır.

Kremlin sözçüsü Dimitry Peskov bildirib ki, Moskva görüşündə Yunanıstanın borc məsələsinə də toxunula bilər.

Kommersant qəzeti Rusiya hökumətindəki mənbələrə istinadla yazır ki, Moskva Yunanıstana qaz və yeni kredit verilməsində küzəştli qiymət təklif edə bilər.

XS
SM
MD
LG