Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

-

Aprelin 7-də Müsavat Partiyası İsmayıllı hadisələrinə görə 5 il müddətinə azadlıqdan məhrum edilmiş başqan müavini Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, abunə olduğu qəzetlərin Tofiq Yaqubluya verilməsinə “qoyulan qanunsuz məhdudiyyətlər indi daha biabırçı şəkildə davam etdirilir. “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ona verilmədən öncə qanunsuz senzuradan keçirilir. Qəzet səhifələrində siyasi mövzulu yazıların əksəriyyəti kəsilir. Qəzetləri yalnız CÇM-nin ayırdığı otaqlardan birində qısa vaxt ərzində oxuyaraq otağı tərk etməsinə göstəriş verilir. Abunə olduğu mətbuat nüsxələrinin özündə saxlamasına imkan verilmir”.

Müsavat Partiyası baş verənlərə son qoyulmasını tələb edir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildiriblər ki, bütün məhbuslara istər rəsmi, istər müxalifət qəzetləri çatdırılır: “Bəlkə arada hansısa istisnalar olub. Ancaq qəzetlər gündəlik verilir. O ki qaldı qəzeti kəsməyə, qəzeti sizcə, necə kəsmək olar? Adları çəkilən qəzetlərin hamısı siyasi məqalələrdən, məlumatlardan ibarətdir, onu kəsəndə yerdə nə qalır?”

Günün bütün mövzuları

XS
SM
MD
LG