Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Agramunt-un aprelin 8-9-da Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

Avropa Şurasının Twitter-dəki rəsmi səhifəsində bu haqda deyilir. Səbəb kimi “gözlənilməyən hallar” göstərilib.

Agramunt AŞPA-nın hüquq məsələləri və insan hüquqları üzrə komitəsi üçün məruzə hazırlamaq məqsədilə gəlməliydi. Məruzə belə adlanmalıdır: “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı tədbirlər görülüb?”

Komitə Agramunta məruzə hazırlamağı ötən il Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəallar həbs edildiyi vaxtda tapşırıb. Ancaq məruzə bu günədək hazır deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG