Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

-

Aprelin 15-də UNESCO-nun mənzil-iqamətgahında qurumun 70 illiyinə və türk dünyasının eposu «Kitabi-Dədə Qorqud»un ilk çap versiyasının 200 illiyinə həsr olunan «Qorqud irsi və türk dünyası» mövzusunda tədbir keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə gerçəkləşəcək.

Tanınmış ictimai-siyasi xadimlərin, UNESCO rəsmlərinin iştirakı ilə keçiriləcək tədbirdə ilk yazılı abidə sayılan «Kitabi-Dədə Qorqud» dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların elmi məruzələri dinləniləcək.

Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG