Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Rusiyanın atom sualtı qayığında yanğın baş verib


Foto arxiv
Foto arxiv

Rusiyanın atom sualtı qayığında yanğın baş verib.

RİA agentliyinin hüquq-mühavizə orqanlarındakı naməlum mənbəə istinadla verdiyi məlumata görə, hadisə Arxangels vilayətində-Sverodvinsk limanındakı gəmi təmiri zavodunda qeydə alınıb.

Məlumatlara görə, yanğına səbəb qayıqda aparılan qaynaq işləri ola bilər.

RİA agentliyinin məlumatına görə yanğın 20 kv m sahəni əhatə edib.Hadisə yerinə yanğınsöndürən dəstələr cəlb edilib.

TASS-ın məlumatına görə qayıqda silah yoxdur. Qayığın nüvə reaktoruna təhlükə olmadığı bildirilir.

Zavod rəsmiləri məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

XS
SM
MD
LG