Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:07

AMEA prezidenti rektorlara müraciət edir...


Akif Əlizadə
Akif Əlizadə

-

«AZƏRBAYCANDA GÜCLÜ ELMİ ELİTA YARADILMALIDIR»​

«Azərbaycanda çox güclü gənc elmi elita yaradılmaldır».

«Trend»in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə aprelin 7-də Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransındakı çıxışnda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər güclü elmi potensial var: «Növbəti illərdə bu potensial güclənəcək. Bu, xüsusilə gənclərin hesabına mümkün olacaq».

AMEA prezidenti gənclərin Azərbaycan elmində bir məktəb yaratdıqlarını da söyləyib.

«​BUGÜNKÜ TƏLƏBƏLƏR İNGİLİS DİLİNİ ZƏİF BİLİR, RUS DİLİNİ UNUDURLAR»​

Akif Əlizadənin sözlərinə görə, bu il akademiyada ilk dəfə olaraq magistratura pilləsini yaratmağa nail olublar:

«Bu ildən doktoranturaya qəbul olmaq istəyənlər mütləq beynəlxalq dil sertifikatlarını təqdim etməlidirlər. Biz daha akademiyanın xarici dil kafedrasının onlara verdiyi dəstəklə kifayətlənə bilmərik. Deməzdim ki, bunlar çoxluq təşkil edir, amma bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dilini yaddan çıxarırlar. Elmi ədədiyyatın çoxu ingilis və rus dillərində olduğundan bu gün həm rus, həm də ingilis dilini mükəmməl bilmək lazımdır».

REKTORLARA ÇAĞIRIŞ

Akademiya prezidenti ali məktəb rektorlarını AMEA alimlərinin potensialından istifadə etməyə cağırıb: «Akademiya sədri kimi ali məktəb rəhbərlərinə müraciət edərək bildirirəm ki, bacardıqları qədər alimləri mühazirə oxumağa dəvət etsinlər. Tələbələri isə alimlərin laboratoriyalarına göndərsinlər. Onlar elmin ön cəbhəsində aparılan metodikanı, üsulları öyrənərək tətbiq etsinlər. Sırf tədris proqramları kifayət etməz. Biz Təhsil Nazirliyindən də xahiş etmişik və yəqin ki, onlar bu məsələyə baxarlar. Bu gün tədris proqramları elmin nailiyyətləri ilə mütləq bir səviyyəyə gətirilməlidir».

MİKAYIL CABBAROV: «KAFEDRALARDA VƏZİFƏLƏR DÖVLƏT QULLUĞUNDA ÇALIŞANLAR TƏRƏFİNDƏN TUTULUR»​

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Nazir Mikayıl Cabbarov da elmi konfransda bənzər çıxış edib. O deyib ki, ali təhsil müəssisələri gənclərin elmə cəlbi, gənc alimlərin müəyyən vəzifələrə təyin edilməsi üçün fəaliyyətlərini daha sistemli şəkildə həyata keçirməlidirlər.

Nazirin sözlərinə görə, istənilən gənc alimin aşkar edilməsi onun fəaliyyətinə «ağsaqqallıq» edən peşəkarların, elm xadimlərinin fəaliyyətindən, karyera yüksəlişi mexanizmlərindən asılıdır: «Ali təhsil müəssisələrinin rəhbərlərinə üzümü tutub demək istəyirəm ki, universitetlər daxilində bu fəaliyyəti daha sistemli şəkildə həyata keçirməliyik. Kafedralarda olan vəzifələr rəhbər həmkarlar, dövlət qulluğunda çalışan həmkarlar tərəfindən tutulur. Gənc alimlərin də aşkarlanması üçün təbii dəyişiklik mexanizminin axtarılıb tapılması zəruridir».

M.Cabbarov Azərbaycan gənclərinin dünya elminə inteqrasiyasının mühüm və zəruri olduğunu vurğulayıb. O deyib ki, bu məsələnin daha effektiv həllində dövlət qurumlarından da müəyyən məsələlər asılıdır: «Tədqiqat mövzusunu xaricdə araşdırmaq üçün müəyyən qurumlardan razılıq alınmalıdır. Bu sahədə olan formal tənzimləmə məsələsini müzakirə etmək olar. Praktik əngəllərin daha da sadələşdirilməsinə birgə işləyərək nail olmaq olar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG