Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:46

Vergilərlə bağlı 340-dan çox cinayət işi başlanıb


-

2015-ci ilin birinci rübü ərzində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı 346 cinayət işi başlanıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Trend”ə verilən məlumatda belə deyilir.

Hesabat dövründə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənildiyi bildirilir.

Departamentin İstintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbəri və fiziki şəxs yayındırdığı vergini (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.

İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş məhkəməyə göndərilib.

Vergi cinayətinə görə barələrində axtarış elan edilmiş 9 şəxs tutulub, departamentin İstintaq idarəsinə təhvil verilib.

Əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 49 vergiödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilib.​

XS
SM
MD
LG