Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:17

Thorborn Jagland-ın xüsusi nümayəndəsi gəlir


Foto: Arxiv
Foto: Arxiv

-

Avropa Şurası baş katibi Thorborn Jagland-ın xüsusi nümayəndəsi, qurumun siyasi işlər üzrə şöbə müdiri Alexandre Gessel aprelin 8-də Azərbaycana gələcək. Gessel ilə yanaşı Avropa Şurası Nazirlər Komitəsinin daha iki üzvünün də ölkəyə səfəri gözlənilir. Məqsəd Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin necə yerinə yetirildiyini araşdırmaqdır. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.

Onun sözlərinə görə, Avropa Şurasının rəsmiləri bu məqsədlə aprelin 8-də Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə də görüşəcək.

Avropa Şurasının Bakı nümayəndəliyi səfər haqda məlumat verməkdən imtina edib. Onlar bildirdilər ki, tədbirin təşkilatçısı Azərbaycan hökumətidir və buna görə də bu səfər haqda ancaq Xarici İşlər Nazirliyi məlumat verə bilər.

Alexandre Gessel ötən il yaradılmış "İnsan Haqları üzrə Birgə İşçi Qrup"un üzvüdür.

XS
SM
MD
LG