Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

-

Aprelin 8-də Avropa Birliyinin Yaxın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Johannes Hahn Azərbaycanda bir sıra görüşlər keçirəcək.

AB-nin Azərbaycan nümayəndəliyindən AzadlıqRadiosuna bildiriblər ki, Johannes Hahn-ın səfər proqramı hələlik açıqlanmayıb. Onun Bakıda rəsmilərdən başqa vətəndaş cəmiyyəti fəalları ilə görüşüb-görüşməyəcəyi haqda məlumat verilmədi. Yalnız onu bildirdilər ki, rəsmilərlə görüşdə Şərq Tərəfdaşlığı üzrə Riqa sammiti, Avropa Qonşuluq Siyasəti yönündə məsləhətləşmələr və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, Avropa Birliyi komissarının Bakıda vətəndaş cəmiyyəti fəallarından kimlərlə görüşəcəyindən xəbərsizdir. “Novella Cəfəroğlu ilə danışdım, onun da xəbəri yoxdur. Ümumiyyətlə, mən bu səfərdən pozitiv nəsə gözləmirəm. Ortada qaz layihəsi var, ona görə də bura gələnlər bəyanat verməklə kifayətlənirlər”.

Siyasi Məhbuslarsız Azərbaycan Birliyinin sədri Oqtay Gülalıyev də komissarın kimlərlə görüşəcəyindən məlumatsızdır. “Təəssüf ki, son zamanlar nüfuzlu beynəlxalq qurumların nümayəndələri repressiyalara məruz qalan, gerçək vətəndaş fəalları ilə görüşmürlər. Biz istərdik ki, gerçək fəallarla görüşüb problemlərimizi dinləsinlər”.

AB komissarının Azərbaycan səfəri təxminən bir gün davam edəcək. Hahn aprelin 9-da ölkəni tərk edəcək. Bu, onun Avropa Birliyinin Yaxın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı kimi bölgəyə ilk səfəridir. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG