Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

AzadliqLive TV 6-12 aprel

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə


17:51 12.4.2015

Zəhərlənənlər xəstəxanalara daşınır

Hadisə şahidlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, ümumilikdə xəstəxanalara çatdırılan zərərçəkənlərdən 3-nün vəziyyəti ağır olub. Hadisə yerinə təcili tibbi yardım maşınlarının gəlməsi davam edir.

“Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib. Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: “Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onların hamısı artıq evlərinə buraxılıb”.

Ticarət Mərkəzinin ətrafındakı ərazi polis tərəfindən mühafizə olunur, hadisə yerində olan rəsmilər olayın səbəbləri barədə hələ ki heç bir açıqlama verməyiblər.

17:28 12.4.2015

Polis kütləvi zəhərlənmənin baş verdiyi “Metropark” Ticarət Mərkəzini əhatəyə alıb

17:25 12.4.2015

Həkimlərdən zəhərlənənlərin vəziyyəti haqda açıqlama

Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında kütləvi zəhərlənmənin baş verdiyi “Metropark” Ticarət Mərkəzinə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA-ya bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.

“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib.

17:17 12.4.2015

Bakıda “Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə olub

Məlumatı Nərimanov Rayon Polis İdarəsinə istinadən APA yayıb.

Bildirilir ki, Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG