Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:43

Macar rejissor “Can Bakı” söylədi


Bakı. İçəri Şəhər
Bakı. İçəri Şəhər

-

Macar Kinemotoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.

Səfirlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, Bela Dospodun London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də artıq macar televiziya kanalları ilə nümayiş etdirilib.

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkənin paytaxtı ilə tanışlığını əks etdirir.

Onlar birlikdə Bakı və çevrəsini gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər.

Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, şəhərdə görülən quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir.

Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar.

Tarla müşaiyət olunan film boyu iki macar gənci Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi bu ölkəyə gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG