Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:03

Əsir götürülmüş kəşfiyyatçının məhkəməsi təyin olundu


Dağlıq Qarabağdan görüntü, mart, 2014-cü il
Dağlıq Qarabağdan görüntü, mart, 2014-cü il

-

Aprelin 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyat-təxribat qrupunun üzvü olduğu bildirilən, hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə keçiriləcək. Məhkəmə qapalı olacaq. Bu haqda məlumatı “Kəpəz TV” yayıb.

Aprelin 7-də keçirilən hazırlıq iclasında dövlət ittihamçısı Anar Mirkişiyev Arsen Baqdasaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham irəli sürüb.

O, vəkil və tərcüməçi ilə təmin edilib. Hərbi qulluqçunun vəkili Ramiz Abdullayevdir.

Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən yaxalanıb. Onun hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında xüsusi kamerada saxlandığı bildirilir.

Arsen Baqdasaryana cinayətkar birlik-təşkilatda iştirak, cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd, iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd, milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd və digər maddələrlə ittiham olunur. ​

XS
SM
MD
LG