Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:48

Ukrayna əsilli pianoçu Toronto orkestrindən çıxarıldı


Ötən noyabrda Kanadadan Ukraynaya 3 min dəst qış hərbi geyimi gətirilib
Ötən noyabrda Kanadadan Ukraynaya 3 min dəst qış hərbi geyimi gətirilib

-

Toronto Simfonik Orkestri Ukrayna əsilli pianoçunu işdən çıxarıb. Səbəb onun sosial mediada Ukraynanın şərqində rusiyapərəst separatçılara rəğbət bildirən siyasi şərh yazmasıdır.

Valentina Lisitsa aprelin 6-da facebook səhifəsində yazıb ki, “söz azadlığı hüququndan yararlandığı üçün” simfoniyadan çıxarılıb.

Toronto Simfonik Orkestrinin rəhbəri Jeff Melanson bəyanatında bildirib ki, “Lisitsa-nın qızışdırıcı şərhləri orkestrdə çıxışına kölgə salıb və onunla kontrakt kəsilib”.

Ukrayna Kanada Konqresinin prezidenti Paul Grod-un sözlərinə görə, Lisitsa Ukrayna hökumətini “nasist” adlandırıb, etnik ruslar üçün “filtrasiya düşərgələri” qurduğunu iddia edib.

Lisitsa 1973-cü ildə Kiyevdə doğulub, 1991-ci ildə ABŞ-a mühacirət edib. O, etnik rus və polyak olduğunu deyir.

Kanadada 1.25 milyon ukraynalı yaşayır. Ottava Ukraynanın rusiyapərəst silahlılarla mübarizəsini qızğın müdafiə edənlərdəndir.

XS
SM
MD
LG