Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

Edward Snowden-ə Nyu Yorkda heykəl qoyuldu və… götürüldü


Edward Snowden video müsahibə verərkən, arxiv foto

Edward Snowden video müsahibə verərkən, arxiv foto

-

Naməlim bir qrup Nyu York şəhərində bir parkda ABŞ kəşfiyyatının keçmiş üzvü Edward Snowden-in büstünü qoyub. Qanunsuz qoyulmuş heykəl parkda bir neçə saat qalıb.

Snowden-in 1.2 metrlik heykəli aprelin 6-da Bruklində Fort Greene parkında ABŞ müharibə qəhrəmanları memorialının üstünə yerləşdirilib.

Park işçiləri heykəli bir neçə saatdan sonra yığışdırıb.

Nyu York şəhərinin veb saytı yazıb ki, büst Snowden-in heyranı olan bir qrup incəsənət xadimi tərəfindən qoyulub.

Snowden hazırda Rusiyada yaşayır. O, ABŞ-da Kəşfiyyat Aktını pozduğuna görə axtarılır. Vaxtilə işlədiyi Milli Təhlükəsizlik Agentliyindən minlərlə məxfi sənədi oğurlamaqda və mediaya ötürməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG