Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:04

ABŞ: İrana sanksiyalar tədricən qaldırılacaq


Lozanna danışıqları. Arxiv foto

Lozanna danışıqları. Arxiv foto

-

Birləşmiş Ştatlar bildirir ki, iyunun 30-dək Tehranla dünyanın altı dövləti arasında yekun nüvə razılaşması əldə olunarsa, İrana iqtisadi sanksiyalar tədricən aradan qaldırılacaq.

Ağ Evin sözçüsü Josh Earnest aprelin 6-da deyib ki, Vaşinqton tələbini İran rəsmilərinə aydın şəkildə bildirib, yəni Tehrana sanksiyalar yekun sazişdən sonra müxtəlif mərhələlərlə qaldırılacaq. O, həmin detalların hələ də müzakirə olunduğunu sözlərinə əlavə edib.

İran rəsmiləri güman edirdilər ki, yekin saziş imzalanan kimi İrana qarşı ABŞ, Avropa Birliyi və BMT-nin sanksiyaları birdəfəlik götürüləcək.

İranın nüvə proqramına dair çərçivə sazişi aprelin 2-də İsveçrənin Lozanna şəhərində imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG