Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:38

Poroshenko referenduma qarşı olmadığını deyir


Petro Poroshenko (ortada)
Petro Poroshenko (ortada)

-

Ukrayna prezidenti Petro Poroshenko aprelin 6-da deyib ki, ölkənin şərq regionlarına daha çox səlahiyyət verəcək referenduma etiraz etmir.

Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında ötən il münaqişə başlananda, şərq hissədəki silahlılar regionlarına daha çox səlahiyyət verəcək səsvermə tələb edirdilər. Ancaq o zaman Ukrayna hökuməti bu tələbləri rədd edirdi.

Konstitusiyaya düzəlişlər üzərində işləyən parlament komissiyası ilə görüşdən sonra Poroshenko deyib ki, komissiya belə bir səsvermənin vacibliyi barədə qərar versə, o, referendumun yolunu kəsməyəcək.

Prezident deyib ki, o, federallaşdırma ideyasına qarşıdır. Bu ideyanı Rusiya ortaya atıb. Ancaq Poroshenko regionların xeyrinə olaraq hakimiyyətin mərkəzsizləşdirilməsinə tərəfdar olduğunu söyləyib.

Poroshenko vurğulayıb ki, təhlükəsizlik, müdafiə və xarici siyasət üzrə qərarvermə prosesi mərkəzi hökumətin əlində cəmləşəcək. O, rus dilinin ikinci rəsmi dil elan olunmasına qarşı çıxdığını da bildirib, qeyd edib ki, “Ukrayna dili bizim yeganə dövlət dilimizdir və belə də olacaq.”

XS
SM
MD
LG