Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Poroshenko Putinə “Donbası götürməyi” təklif edibmi?


Petro Poroshenko və Vladimir Putin Minskdə

Petro Poroshenko və Vladimir Putin Minskdə

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Forbes” jurnalında dərc olunmuş “Donbas dialoqu” adlı iddiaları şərh etməkdən imtina edib.

“Forbes” yazıb ki, guya Ukrayna prezidenti Petro Poroshenko Rusiya prezidenti Vladimir Putinə “Donbası götürməyi” təklif edib.

Bazar ertəsi “Forbes” bir neçə mənbəyə istinadən məlumat verib ki, guya bu barədə Vladimir Putin martın 19-da biznesmenlərlə keçirdiyi görüşdə deyib.

Jurnal bildirir ki, Putin Poroshenko-nun təklifini rədd edib.

İki prezident arasında bu mükalimənin isə fevralın 11-12-də Minskdə yer aldığı bildirlir.

Dmitri Peskov bu xəbəri şərh etmək istəməyib. Vladmir Putinin sözçüsü deyib ki, “Forbes” bu söhbətin guya qapalı danışıqlarda getdiyini yazıb.

“Biz isə qapalı görüşlər barədə şərh vermirik” – deyib Peskov.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Shokhin isə deyib ki, prezident Putinin dedikləri təhrif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG