Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Rusiyanın hakimiyyət orqanları Uzaq Şərqdəki kosmodromda start meydançası tikən 26 işçinin maaşlarının 2 ay müddətində verilməməsinə görə “Vostoçnı” bazasının direktoru Sergei Terenyevi həbs edib.

Maaş ala bilməyən fəhlələr aclıq aksiyası keçirirdilər, 100 fəhlə isə tətil elan etmişdi. Hazırda layihəyə birbaşa baş nazirin müavini Dmitri Rogozin nəzarət edir.

Rogozin fəhlələrə bütün tələblərin yerinə yetiriləcəyini söz verdikdən sonra tətil dayandırılıb.

Rusiya mediası xəbər verir ki, Amur rayonunda inşa edilməkdə olan kosmodromun tikintisi qrafikdən 4 ay geridə qalır.

Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırırdı.

Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.

Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb.

“Dalspetsstroy” layihəsini həyata keçirən agentliyin menecmenti də şübhəlilərin arasındadır.

Komitə 282 milyon dolların hara yoxa çıxdığını araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG