Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Suriyada islamçılar “300 kürdü oğurlayıblar”


Türkiyə-Suriya sərhədindəki Afrin şəhərində kürdlərin keçid-buraxılış məntəqəsi.

Türkiyə-Suriya sərhədindəki Afrin şəhərində kürdlərin keçid-buraxılış məntəqəsi.

Suriyanın şimal-qərbində qiyamçı qruplaşma tərəfindən 300-dək kürdün oğurlanması xəbər verilib.

Xəbərlərdə deyilir ki, kürdləri Afrindən Hələbə gedən avtobuslardan oğurlayıblar.

Hansı qruplaşmadan söhbət getdiyi dəqiqləşdirilməyib, lakin Kürd Demokratik İttifaqı Partiyası iddia edir ki, bu hadisəni Ceyş əl-İslam təşkilatının silahlıları törədiblər.

Sözü gedən qruplaşma kürdlərin əlində əsir olan döyüşçülərinin azad edilməsini tələb edib.

Xəbər verilir ki, oğurlanmış kürdlər İdlib şəhərində saxlanır və əsirlərin əllərindən telefonları alınmayıb.

Əsir alınanlardan biri bildirib ki, onları saxlayan qruplaşma kürdlərin Afrində saxladıqları üç döyüşçünün qaytarılmasını tələb edir.

XS
SM
MD
LG