Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

Tanınmış bəstəkar vəfat etdi


Nəriman Məmmədov
Nəriman Məmmədov

Bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Nəriman Məmmədov aprelin 6-da vəfat edib. Xəbəri Mədəniyyətvə Turizm Nazirliyi yayıb.

Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvanda doğulub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirib.

O, xalq çalğı alətləri üçün "Suita"nın və 7 simfoniyanın müəllifidir.

Bəstəkarın Səməd Vurğunun eyniadlı poeması əsasında yazılmış "Humay" baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında səhnəyə qoyulub.

"Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (Tofiq Bakıxanovla birgə) və "Olacağa çarə yoxdur" musiqili komediyaları bəstəkarın uğurlarındandır.

Nəriman Məmmədovun 700-ə yaxın mahnısı görkəmli müğənnilərin ifasında lentə yazılıb.

Nəriman Məmmədov muğamların nota köçürülməsində də mühüm işlər görüb.​

XS
SM
MD
LG