Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43

“Vicdan və siyasi məhbuslar tezliklə azadlığa buraxılmasa, Müsavat Partiyası Bakıda keçiriləcək Avropa Oyunlarını baykot etməyə çağıracaq”.

Bu barədə partiyanın yaydığı bəyanatda bildirilir. Bəyantda qeyd olunur ki, ölkədəki fundamental insan haqlarının məhdudlaşdırılması, siyasi məhbusların sayının artması yerli və beynəlxalq ictimaiyyəti narahat edir:

“Son günlər həbsxanadan alınan məlumatlardan aydın olur ki, vicdan və siyasi məhbuslara qarşı cəzaçəkmə müəssisələrində pis münasibət davam edir. Onların KİV-lə tanış olmaq hüququ pozulur. Bu vəya digər faktlar siyasi fəalların sifariş əsasında həbs edildiklərini bir daha təsdiq edir. Hakimiyyət təmsilçiləri beynəlxalq tribunalardan çıxış edərək, “Azərbaycanda siyasi məhbuslar yoxdur” iddasını davam etdirir. Beynəlxalq və yerli təşkilatların vicdan və siyasi məhbus kimi tanıdığı insanların azad edilməsi istiqamətində göstərilən səylər nəticəsiz qalır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG