Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

«Mərkəz»: «Qala divarları dağılır»


«Yeni Müsavat» qəzetindəki «İlham Əliyev Moskvaya niyə gedir?» başlıqlı məqalədə müəllif ölkə başçısının yaxın günlərdə Rusiyaya nəzərdə tutulan səfərinin məqsədlərini araşdırıb. Müəllif iddia edir ki, cənab Əliyevin Rusiya paytaxtına getməyə hazırlaşması heç də Dağlıq Qarabağ probleminin həlli və ya Rusiyadakı azərbaycanlılara qarşı təzyiqlərin aradan qaldırılması ilə bağlı deyil. Adını açıqlamadığı mənbəyə istinadən müəllif bildirir ki, Vladimir Putinlə söhbətin əsas mövzusu NATO məsələsi olacaq. İlham Əliyevin alyansın noyabrın 8-də keçiriləcək toplantısına dəvət aldığını və onun çıxışının planlaşdırıldığını xatırladan müəllif qeyd edir ki, NATO rəhbərliyi Azərbaycan hakimiyyətindən qurumla bağlı qəti mövqe tələb edir. Mənbəyə görə, bu vaxta kimi NATO-ya inteqrasiya etdiyini bəyan etsə də, əslində, Rusiyameylli siyasət yürüdən İlham Əliyevin manevr imkanları tükənib.


«Şərq» qəzetindəki «Ti­kin­ti ma­te­ri­al­la­rı ni­yə ba­ha­la­şır?» başlıqlı məqalədə bildirilir ki, öl­kə baş­çı­sı­nın gös­tə­ri­şin­dən son­ra İq­ti­sa­di İn­ki­şaf Na­zir­li­yi­nin An­ti­in­hi­sar De­par­ta­men­ti ba­zar­da se­men­tin və di­gər ti­kin­ti ma­te­ri­al­la­rı­nın qiy­mət­lə­ri­nin sü­ni şə­kil­də qal­dı­rıl­ma­sı ilə bağ­lı araş­dır­ma­la­ra baş­la­sa da, hə­lə­lik or­ta­da cid­di nə­ti­cə yox­du. Ti­kin­ti ma­te­ri­al­la­rı­nın qiy­mət­lə­ri­nin qal­dı­rıl­ma­sı bə­zi eh­ti­mal­lar­da tə­lə­ba­tın art­ma­sı ilə izah olun­sa da, bu­nu in­hi­sar­çı­lıq­la bağ­la­yan­lar da ol­ma­mış de­yil. Həm­çi­nin irə­li sü­rü­lən ver­si­ya­lar­dan bi­ri də pay­taxt­da in­şa olu­nan ye­ni kör­pü­lər­lə bağ­lı­dı. He­sab olu­nur ki, bə­zi ma­raq­lı qüv­və­lər se­men­tin və di­gər ti­kin­ti ma­te­ri­al­la­rı­nın qiy­mə­ti­ni qal­dır­maq­la kör­pü­lə­rin qiy­mə­ti­ni ar­tır­maq və bu­nun­la da döv­lət­dən da­ha çox və­sa­it qa­zan­ma­ğa ça­lı­şır­lar. İq­ti­sad­çı Əli Əlir­za­yev isə he­sab edir ki, se­men­tin ba­ha­laş­ma­sı iq­ti­sa­di qa­nun­ve­ri­ci­li­yə uy­ğun de­yil. Öl­kə­də se­ment is­teh­sa­lı­nın ol­du­ğu­nu vur­ğu­la­yan iq­ti­sad­çı düşünür ki, əsas se­ment is­teh­sa­lı­nın xa­ri­ci şir­kət­lə­rin əlin­də ol­ma­sı da və­ziy­yə­tə mən­fi tə­sir gös­tə­rir.


«Yeni Azərbaycan» qəzeti isə yazır ki, bələdiyyə ərazilərindəki daşınmaz əmlakın, tikinti və digər obyektlərin, eləcə də torpağın inventarlaşdırılmasına ciddi ehtiyac var. Abşeron rayonundakı torpaqların əksəriyyəti paytaxtın rayonlarındakı torpaq sərhədlərilə qarışıb, bələdiyyələr çox vaxt bu «qarışıqlıqdan» istifadə edərək özbaşına ərazilərin zəbt edilməsinə şərait yaradırlar. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşovun sözlərinə görə, bələdiyyə orqanları öz fəaliyyətini qanunda nəzərdə tutulmuş tələblərə uyğun qura bilmir. Bakı şəhərində və rayonlarda yerli özünüidarəetmə orqanlarına torpaq sərhədlərinin konkret nöqtələrini əks etdirən xəritələr verilib. Bu sənədlərdə torpaqlar müxtəlif təyinatlar üçün nəzərdə tutulub. Buna baxmayaraq, torpaqlardan təyinatına görə istifadə olunmur.


«Mərkəz» qəzetindəki «Qala divarları dağılır» başlıqlı məqalədə bildirilir ki, İçərişəhərin qala divarları bir neçə yerdən dağılıb. Müəllifin yazdığına görə, dağıntı qala divarlarının özül hissəsinə yaxın yerlərdə baş verib. Sakinlərin dediyinə görə, artıq xeyli müddətdir ki, qala divarlarında dağıntı baş vesə də, səlahiyyətlilərdən heç kəs bu problemlə maraqlanmayıb. Ətrafa dağılmış daşları da sakinlər özləri təmizləyiblər. Onlar deyirlər ki, daşları indiyə kimi saxlaya biliblər, amma bərpa məsələsi geciksə, daşları qorumaq mümkün olmayacaq. Müəllif onu da qeyd edir ki, divardan düşən daşlar qala divarının rənginə uyğun olduğundan bərpa zamanı onlardan istifadə zəruridir, çünki yeni daşlar qalanın görünüşə xələl gətirə bilər.
XS
SM
MD
LG