Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

Lavrov Ukraynanın şərqində atəşkəsin hələ də pozulduğunu deyir


Sergei Lavrov

Sergei Lavrov

“Ukraynanın şərqində atəşkəs rejiminə əməl olunmasında bir sıra irəliləyişlər var, ağır silahların cəbhə xəttindən çıxarılmasında müəyyən nəticələr var, amma ATƏT-in missiyası ağır silahların cəbhə bölgəsindən hələ də tam çıxarılmadığını deyirlər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 6-da Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, hələ də təsadüfi atışmalar olur və son məlumatlara görə Donetsk hava limanı hələ də Ukrayna qüvvələri tərəfindən atəşə məruz qalır.

Lavrov bildirib ki, Fransa, Almaniya, Rusiya və Ukrayna fevralın 12-də Minskdə əldə olunmuş razılaşmanın şərtlərinə əməl olunması üçün vaxtaşırı nazirlər səviyyəsində görüşmək razılığına gəliblər və artıq 2 belə görüş keçirilib.

Amma Lavrov hələ də bir sıra məsələlərin həll olunmamış qaldığını deyir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən toqquşmalarda 6 mindən çox adam ölüb.

Ukrayna və Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG