Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

-

Ona vəkili ilə görüşə icazə verilməyib

13 saylı cəzaçəkmə müəssisəində saxlanan Pərviz Həşimlinin səhhəti ağırdır. O yataq rejimindədir, nəfəs yollarındakı problemlərdən əziyyət çəkir.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil deyir ki, aprelin 4-də onun üçün dərmanlar aparsa da görüş verməyiblər, dərmanları da qəbul etməyiblər. Bunu da şənbə gününün görüş olmaması ilə əsaslandırıblar.

“Görüşün verilməməsi qanunsuzdur. Ordakı məhbusların yaxınlarına şənbə günü görüş verirdilər. Özü də həmin cəzaçkmə müəssisəi şəhərdən xeyli uzaq, yolları da bərbad olduğundan ora tez-tez getmək mümkün deyil”.

Vəkil deyir ki, ona görüş verilməməsi ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək.

Pərviz Həşimli 2013-cü ilin sentyabrında həbs edilib. Qanunsuz silah saxlama və qaçaqmalçılıqda ittiham olunaraq 8 il azadlıqdan məhrum edilib.
P.Həşimli özü isə ittihamları qəbul etmir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Penitensiar Xidmətin mətbuat xidmətindən AzadlıqRadiosuna məsələni araşdıracaqlarını deyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG