Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:55

Uşaq bağçalarında kobut pozuntular aşkar edilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Qazax rayonundakı bir sıra uşaq bağçalarında yoxlamalar aparıb.

Bu barədə AzadlıqRadiosuna Komitədən məlumat verilib.

Yoxlamalar rayonun Daşsalahlı kəndi və Azadlıq küçəsindəki 4 bağçada aparılıb.

Yoxlama zamanı həmin bağçalarda qida standartlarının kobud şəkildə pozulması üzə çıxıb. Məlumatda bildirilir ki, adı çəkilən müəssisələrdə qızdırıcı sistemi də standartlara cavab vermir.

6 nömrəli bağçada otaqlar yanğın təhlükəsi yaradan dizel yanacağı ilə qızdırılır.

Digərlərində isə yanacaq kimi istifadə olunan odun uşaqların yataq otağına yığılıb.

Həmin bağçalara nöqsanları aradan qaldırmaq üçün vaxt verilib.

XS
SM
MD
LG