Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

-

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən 49 yaşlı Firdovsi Yusifova 29 yaşlı aleh Soltanova hökm oxunub. Firdovsi Yusifov 11 il 6 ay, Taleh Soltanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu şəxslər 2013-cü ilin avqustunda Pakistandan İran ərazisinə qaçaq yolla keçərkən İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 1 əvvəl isə Azərbaycana təhvil veriliblər.

Məhkəmənin nəticəsinə görə, Firdovsi YusifovTaleh Soltanov Pakistanda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Firdovsi Yusifov 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək qaçaq yolla Pakistanın Vəziristan vilayətinə keçrək talibançılara qoşulub. “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilib. İki il əvvələdək həmin dəstə tərkibində döyüşlərdə iştirak edib.

"SURİYADA ÖVLADIM DOĞULDU, ONLAR HƏLƏ DƏ ORADA QALIB"

Taleh Soltanov 2012-ci ilin sonlarında Azərbaycanı tərk edib, İrana, oradan da qaçaq yolla Pakistana keçib. “Təhriki Taliban” qanunsuz silahlı birləşmənin tabeliyindəki “Seyfullah” adlı digər silahlı dəstəyə qoşulub. İki il əvvələdək dəstə tərkibində olub.

Taleh Soltanovun məhkəmə ifadəsindən:

"Pakistana gedərkən yeni ailə həyatı qurmuşdum. Həyat yoldaşımı və qayınanamı da götürüb özümlə İrana, oradan da Pakistanın Vəziristan ərazisinə aparmışdım. Pakistanda Talehlə tanış oldum. Bir qədər Pakistanda qaldıqdan sonra Suriyaya keçib oradakı azərbaycanlılara qoşulmaq qərarına gəldik. Bizi İranda tutdular. Mən orada həbsdə saxlandığım vaxt Suriyada övladım dünyaya gəldi. Onlar hələ də döyüşlər gedən ərazilərdə qalıblar".

İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

Hər iki azərbaycanlı 2013-cü ilin avqustunda Suriyaya getmək üçün Pakistandan İran ərazisinə keçmək istəyərkən saxlanılıblar. Bir neçə ay sonra Azərbaycana təhvil veriliblər. Onlar Cinayət Məcəlləsinin qanunsuz silahlı birləşmələr tərkibinə qoşulma maddəsi ilə mühakimə olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG