Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:54

Manat dəyərdən düşdükcə Azərbaycandan İrana alverə gedənlər azalır...


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi

-
Son günlər Astara keçid məntəqəsində İrana keçmək istəyənlərin sayı azalıb. Nəzarətçi deyir ki, Novruz bayramına qədər hər gün İrana 1000-1500 nəfər adam keçirdi. İndi onların sayı 300-350 nəfərə enib. Elə günlər olur ki, İrana gedənlərin sayı heç yüz nəfəri keçmir. Aprelin 2-dən isə adamların sayı tamamilə azalıb.

İrana gedənlər əsasən yerli sakinlərdir. Nəzarətçi deyir ki, müalicə məqsədi ilə İrana gedənlərin sayı da kəskin azalıb. Hər gün İrana 20-30 nəfər müalicəyə gedirdisə indi bu rəqəm 2-3 nəfərdən o yana keçmir.

«XİYARIN BİR KİLOSU İRANDA 50-60 QƏPİYƏDİR, BURDA 2 MANAT»

Adının çəkilməsini istəməyən bir yerli sakin danışır ki, İranda manat dəyərdən düşüb. Digər tərəfdən İranla bağlı sanksiyaların götürüləcəyi haqda gedən söhbətlər də sərhədyanı alverə təsir etməkdədir:

«Mən nə üçün İrana gedirəm? Gedirəm oradan mal gətirib, burda satıb, bir az pul qazanım. Orda kartofun bir kilosu 25-30 qəpikdir, bizdə 70-80 qəpik. Xiyarın bir kilosu İranda 50-60 qəpiyədir, burda 2 manatdır, pomidor da o qiymətədir. Bunlar hamsı kənd təsərrüfatı məhsullarıdır. Bizdə bu məhsullar çıxandan sonra İrana ehtiyac olmayacaq»

Sərhədyanı ticarətlə məşğul olan Astara rayon sakini Fayıq Cəfərov deyir ki, İrandan gətirilən 7 ton müxtəlif istehlak mallarından, haradasa 70 manata yaxın qazanc qalır:

«MANAT DÜŞDÜKCƏ QAZANC AZALIR»

Asən Həşimli
Asən Həşimli

«Məsələn, konfetin bir kilosundan 10 qəpik qazanmaq olur. Əvəllər böyük qazanc var idi. Manat dəyərli idi. Manat düşdükcə qazanc azalır. Bir tərəfdən monopoliya da işimizə mane olur. Qoymurlar ki, qanunla alver edək»

Yenicə İrandan qayıtmış Astara şəhər sakini, xırda bizneslə məşğul olan Asən Həşimli isə deyir ki, indi iranlılar sevinc içərisindədirlər. Onlar sanksiyaların götürüləcəyi günü səbirsizliklə gözləyirlər:

«Manat gündən günə düşür. Onlar əvvəllər manata üstünlük verirdilərsə indi daha çox ABŞ dollarını alırlar. İran Astarasında 1 manat 23 min realadır. Halbuki, əvəllər 42-43 min reala idi. ABŞ dolları isə qalxır. Dolların alqı-satqısı ilə məşğul olanlara daha dəyib dolaşmırlar».

Astara
Astara

İRANA KEÇMƏK İSTƏYƏN YÜK MAŞINLARIN SAYI İSƏ ARTIB

Yük maşınların növbəyə durduqları yerə yollanırıq:

«İrana keçmək istəyən yük maşınların sayı artıb»

Bunu da bizə keçid qapısında duran nəzarətçi deyir. Burada Türkiyəyə, Rusiyaya, İrana və Gürcüstana məxsus yük maşınları növbə gözləyirlər. Maşınların əksəriyyəti boşdur. Sürücülər deyirdilər ki, yükü İran tərəfində vurub müəyyən edilmiş istiqamətlərə gedəcəklər. Yüklər isə müxtəlifdir. Bunların arasında tikinti materalları, kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

İqtsadçı Vidadi Mirzəyev deyir ki, İrana qarşı sanksiyaların götürüləcəyi yaxşı haldır:

«​MONOPOLİYA SANKSİYADAN PİSDİR»​

«Bu bizim üçün yox, iranlılar üçün yaxşıdır. Bizdə monopoliyadır. Monopoliya sanksiyadan pisdir. Bizdə banan, xurma, kişmiş və sair məhsullar istesal olunmur. Lakin bunlar İranda və digər ölkələrdə var. Bu məhsulları qanun daxilində Azərbaycana gətirmək olmur. Azərbaycanda bazarında sağlam rəqabət yoxdur. Oliqarx məmurlar bütün sahələri əllərinə alıblar. Dünya ölkələri tərəfindən İranla bağlı verilmiş sanksiya bizim sərhəd keçid məntəqələrində işləmirdi. İranın Azərbaycana ehtiyacı var idi. Bundan sonra olmaz. Bütün hallarda bizim xeyrimizə deyil. Söhbət iqdisadi məsələlərdən gedir».​

XS
SM
MD
LG