Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:37

Türkiyə hakimiyyəti Twitter, Facebook və YouTube çıxışı bağlayıb


Foto arxiv
Foto arxiv

Türkiyə hakimiyyəti aprelin 6-da Twitter, Facebook və YouTube çıxışı bloklayıb.

Məlumatlara görə, bu, bu günlərdə radikal qrupun üzvləri tərəfindən girov götürülən prokurorun görüntülərinin yayılması ilə bağlıdır.

Hakimiyyət buna rəsmi münasibət bildirməsə də Hürriyət qəzeti yazır ki, provayderlər prokurorluqdan bununla bağlı order alıblar.

Yerli mətbuatın yazdığına görə, buna səbəb, həmin vaxt əməliyyat gedə-gedə girov prokurorun fotolarının yayılması olub.

Əməliyyat zamanı prokuror yaraqlılar tərəfindən öldürülüb.

Türkiyədə Twitter və YouTube 2014-cü ildə keçirilən yerli seçkilər ərəfəsində də bloklanmışdı.

Həmin vaxt sosial şəbəkələr, o vax baş nazir olan Recep Tayyip Erdoganın ətrafında baş verən korrupsiya qalmaqalından yazırdı.

Beynəlxalq aləm həmin vaxt Türkiyə hakimiyyətinin bu addımını kəskin pisləmişdi.

XS
SM
MD
LG