Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

Suriya yaraqlılarına qoşulan 2 Azərbaycan vətəndaşına hökm oxundu


Foto arxiv

Foto arxiv

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyadakı qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan 2 nəfərə hökm oxunub.

Məlumata görə, Firdovsi Yusifov 11 il yarım, Taleh Soltanov isə 7 il yarım azadlıqdan məhrum edilib.

Milli Təhlükəsialik Nazirliyi ötən il sentyabrın 23-də ümumilikdə bu ittihamla 26 nəfərin həbs edilməsi barədə məlumat yayıb və faktla bağlı

cinayət işi başlanıb.

Müəyyən edilib ki, Firdovsi Yusifovla Taleh Soltanov Pakistan ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərib, sonra isə Suriyadakı qanunsuz silahlı birləşmələrə qoşulmaq qərarına gəliblər.

Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İrana keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycana təhvil veriliblər.

Taleh Soltanovun həyat yoldaşı və qayınanası da hazırda Suriyadadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG