Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Pakistan Yəməndə vuruşan koalisiyaya qoşulmağı götür-qoy edir


Nawaz Sharif

Nawaz Sharif

Pakistanın müdafiə nazirliyi Yəməndə Huthi birləşmələrinə qarşı mübarizə aparan koalisiyanın İslamabaddan hərbi təyyarələr, gəmi və quru qoşunları istədiyini bildirir.

Bu barədə aprelin 6-da müdafiə naziri Khawaja Muhammad Asif məlumat verib.

Ölkə parlamenti hazırda bu məsələni müzakirə edir.

Baş nazir Navaz Sharif ilkin olaraq missiyaya dəstək vəd edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya artıq 12-ci gündür ki, Yəməndə şiə qruplaşmalarına qarşı mübarizə aparır.

Huthi qrupu ötən ilin sentyabrından Yəmənin paytaxtı Sanaa və bir sıra əyaləti ələ keçirib.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yaxın münasibətlər var.

Bu ölkə ötən il Pakistana 1, 5 milyard dollar yardım göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG