Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqindəki separatçı əyalətlərə böyük səlahiyyətlər verilməsi ilə bağlı referendum keçirilməsinə qarşı olmadığını bəyan edib.

Poroshenko aprelin 6-də konstitusiyaya düzəliş edilməsi ilə bağlı xüsusi komissiya ilə görüşdən sonra bildirib ki, əgər komissiya bunu lazım bilsə, o referenduma qarşı çıxmayacaq.

Amma prezident Rusiyanın təkid etdiyi federasiya ideyasını rədd edir.

Poroshenko qeyd edib ki, təhlükəsialik, müdafiə və xarici siyasət məsələlərinin həlli mərkəzi hakimiyyətin əlində olacaq.

O həmçinin rus dilinə ikinci dövlət dili statusu verilməsinin əleyhinə olduğunu bildirib və qeyd edib ki, ukrain dili vahid dövlət dili olub, belə də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG