Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Aprelin 6-da Yəmənin cənubunda şiə yaraqlılarla prezident Abd-Rabbu Mansur Hadiyə sadiq qüvvələr arasında baş verən toqquşmalarda onlarla adam ölüb.

Rəsmilərin sözlərinə görə, ötən gecə Daleh şəhəri uğrunda gedən döyüşlərdə azı 19 üsyançı və 15 əsgər ölüb.

Aprelin 5-də isə Aden şəhərində 17 dinc sakin ölüb.

Şahidlərin sözlərinə görə, aprelin 6-da da şəhərin bir neçə məhəlləsində toqquşmalar davam edib.

Məlumatlara görə hava zərbələrinə baxmayaraq Hüthi üsyançılar və onların tərəfdarları aprelin 5-də şəhərin mərkəzinə doğru hərəkət ediblər.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Sanaa və ölkənin şimalındakı Saada şəhəri ətrafında yaraqlıların mövqelərini bombalamaqda davam edir.

Paytaxt Sanaa da daxil olmaqla hazırda ölkənin bir neçə əyaləti Huthi birləşmələrinin əlindədir.

Ölkə prezidenti Mansur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG