Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

-

Gəncədə şəhərdaxili sərnişindaşıma ilə məşğul olan 7 sürücü formalarının təmiz və səliqəli olmamasına görə 40-70 manat məbləğində cərimə olunub.

Bu haqda AzərTac xəbər yayıb.

Xəbərdə deyilir ki, Gəncədə sürücülər ilin əvvəlindən vahid geyim formasına keçiblər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsinin əməkdaşları tətbiq edilən qaydalara sürücülərin necə əməl olunduğunu yoxlamaq üçün reydlərə başlayıblar. Şöbənin rəisi Xanoğlan Qasımov agentliyə deyib ki, sürücülərin vahid geyim formalarına baxış keçirərkən onların təmiz və səliqəli olmasına da ciddi diqqət yetirilir. Qaydalara əməl etməyən sürücülər xətdən uzaqlaşdırılaraq, nəqliyyat vasitəsinin sahibinə xəbərdarlıq edilir. Bir neçə gün ərzində aparılan yoxlamalar zamanı 7 sürücü qaydalara əməl etmədiyinə görə cəzalandırılıb. Onlar 40-70 manat məbləğində cərimə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG