Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:37

Sığorta şirkətlərindən şikayətlər artıb


-

Azərbaycanda sığorta şirkətlərindən Prezident Administrasiyasına şikayətlər artıb.

Bunu aprelin 6-da Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov deyib.

Onun sözlərinə görə, 2014-cü ildə dövlət başçısına 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. Bu ilin ilk 2 ayında isə bu rəqəm 170 olub: “Bu, sığorta bazarının genişlənməsi ilə bağlıdır. Sığorta şikayətlərinin araşdırılması üçün komissiya yaradılıb. Komissiya sığorta agentlərinin də fəaliyyətini araşdıracaq. Hər həftənin çərşənbə günü isə açıq qapı günü elan edilir. Burada vətəndaşların ünvanladığı şikayətlər və ərizələr araşdırır. Sabah bununla bağlı 7 sığorta şirkəti ilə də görüşəcəyik”.

Fins.az saytının məlumatına görə, Müşfiq İsrafilov sığorta agentlərinin fəaliyyətinə də toxunub. Deyib ki, Azərbaycanda 900-dən artıq fiziki, 60-dan artıq hüquqi şəxs sığorta agenti kimi qeydiyyata alınsa da, onlardan bir çoxu fəaliyyət göstərmir, ya da fəaliyyətini dayandırıb. “46 sığorta agentinin lisenziyası ləğv edilib. 81 sığorta agentinə isə məktub göndərilib və onların fəaliyyəti altı aylıq dayandırılıb. 10 sığorta agenti isə lisenziyanın ləğv edilməsi ilə bağlı könüllü müraciət edib və bu sahədə perspektiv görmədiklərini bildirib”-deyə rəis müavini bildirib.

XS
SM
MD
LG