Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Erdogan İrana gedir


Recep Tayyip Erdogan İran prezidenti Hassan Rohani ilə, iyun, 2014-cü il

Recep Tayyip Erdogan İran prezidenti Hassan Rohani ilə, iyun, 2014-cü il

-

Türkiyə prezidenti Recep Tayyip Erdogan aprelin 7-də İrana səfəri zamanı yüksək səviyyəli görüşlər keçirəcək.

Reuters agentliyi yazır ki, bu səfər iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

İranın bəzi deputatları səfərin təxirə salınmasına çağırıblar. Səbəb Erdogan-ın açıq şəkildə Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlarına tərəfdar çıxmasıdır. Səudiyyə İranın dəstəklədiyi huti silahlılarına zərbələr endirir.

İranla Türkiyənin güclü iqtisadi əlaqələri var. İran Türkiyənin ikinci böyük təbii qaz təchizatçısıdır.

Diplomatik münasibətlər son illər – qonşu Suriyada vətəndaş müharibəsinin həlli ilə bağlı narazılıqlar səbəbindən gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG