Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

-

Əfqanıstan Talibanı lideri Mullah Omar-ın tərcümeyi-halını yayıb. Bu arada bəziləri digər silahlı qruplara qoşulmaq uçun Talibanı tərk edir, Omar-ın sağ olmaması barədə şayiələr də artır.

5 min sözdən ibarət tərcümeyi-hal aprelin 5-də Taliban-nın əsas veb-səhifəsində dərc olunub və təkgözlü ruhaninin qrup lideri kimi 19 illiyini qeyd etmək üçün açıqlandığı bildirilib.

Məlumata görə, Mullah Omar RPG-7 silahını sevir. Onun 1960-cı ildə Qəndəhar vilayətinin Xarkiz rayonunda, Çahe Himmat kəndində doğulduğu bildirilir. Omar Hotak tayfasının Tomzi klanını təmsil edir.

Tərcümeyi-halda iddia olunur ki, Omar-ın atası, Mulavi Ghulam Nabi “hörmətli ictimai xadim” olub və Omar-ın 5 yaşı olanda dünyasını dəyişib. Bundan sonra ailə Uruzqan vilayətinə köçüb.

O da qeyd olunur ki, Omar mədrəsədə təhsil olub, sovet işğalından sonra oxumağı buraxıb. Ancaq indiyədək Omar-ın savadsız olduğu söylənirdi.

Məlumata görə, Mullah Omar “cihadçı fəalları diqqətlə izləyir və yoxlayır, ancaq özü də mütəmadi olaraq düşmən tərəfdən izlənir”.

13 ildir Mullah Omar-ın təsdiqlənmiş görüntüləri yayılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG