Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:29

-

Aprelin 7-də Rusiya Dövlət Duması deputat Ilya Ponomarev-un toxunulmazlığının ləğvi ilə bağlı Baş Prokurorluğun təqdimatına baxa bilər. Ponomarev müxalifətçi fəallardandır, indiki Kreml kursunun barışmaz rəqiblərindəndir. Ötən ilin martında Dövlət Dumasındakı deputatlardan təkcə o, Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs vermişdi. Yarım ildən çoxdur ki, deputat xaricdədir, ölkəyə girə bilmir, o, bunu məhkəmə qadağası ilə izah edir.

İstintaq iddia edir ki, Ponomarev Rusiya innovasiyaları ilə bağlı mühazirə oxumaq və elmi iş aparmaq məqsədilə “Skolkovo” fondundan 750 min dollar alsa da, bunun əvəzində heç nə etməyib, yəni nə mühazirə oxuyub, nə də elmi iş aparıb. Ponomarev deyilənləri rədd edir. Fond deputata qarşı vəsatət qaldırıb, o da qismən təmin edilib. Məhkəmənin qərarına əsasən Ponomarev 2,7 milyon rublu ödəməyə məcburdur. Bu borc onun deputat maaşından aybaay çıxılır.

2014-cü ildə Ponomarev ABŞ-da olduğunu bildirib. O deyib: “Geri gəlməməyimin başlıca səbəbi hesabıma həbs qoyulmasıdı, sərhədi keçməyimə də qadağa qoyulub, yəni fiziki olaraq qayıda bilmirəm”.

Deputatın borcu bu ilin mayında başa çatır. O, bir neçə gün əvvəl Rusiyaya qayıdacağını bildirib. AzadlıqRadiosunun rus xidməti deputatdan müsahibə alıb.

- Ilya, aprelin 7-də Dövlət Duması Baş Prokurorluğun sizinlə bağlı təqdimatına baxacaq və toxunulmazlığınız ləğv ediləcək, sizin bununla bağlı “A” və ya “B” planınız varmı?

- Əslində, belə qərar xüsusi olaraq nəyisə dəyişmir. Deputat toxunulmazlığının ləğvi nədir? Bu, Baş Prokurorluğa və İstintaq Komitəsinə mənim haqqımda cinayət işi açmaq üçün razılıq verilməsidir. Mənim vəziyyətim və davranışım baxımından bu, nəyisə dəyişmir. Qoy araşdırsınlar, bu, onların haqqıdır.

Krımda plakat

Krımda plakat

Məhkəmə pristavlarının qərarı ucbatından Rusiyaya girə bilməməyim məni daha çox narahat edir, ümid edirəm ki, bu qərar mayda başa çatacaq. Federal pristavların qərarı dövlət sərhədini keçməyimi məhdudlaşdırır. Bu qərar “Skolkovo” qarşısındakı borca görə verilib, özü də bu cinayət yox, vətəndaş məhkəməsi çərçivəsində olub. Mənə qarşı cinayət işi açılarsa, o deməkdir ki, eyni işə görə mənə ikinci dəfə məhkəmə quracaqlar.

- Ehtimal edək ki, cinayət işi açılıb, sizi də axtarırlar. Və siz də dərhal Rusiya ədaləti qarşısına çıxmağa qərar verirsiz. Belə çıxır ki, haqqında cinayət işi olan adamı Rusiyaya buraxmayacaqlar?

- Mənim vəziyyətim indi daha betərdir. Dövlət Dumasının deputatını Rusiyaya “A” kateqoriyasının məmurları buraxmırlar. Bu, daha maraqlıdır, nəinki hansısa təqsirkarı axtarmaq. Ancaq düşünürəm ki, istintaq hərəkəti apara bilməkdən ötrü öncə istisna edib məhkəmə pristavlarının qoyduqları qadağanı götürəcəklər.

- Haqqınızda cinayət işi açılacağı təqdirdə, Rusiyaya qayıtmağı düşünürsümü?

- Mən hesab edirəm ki, mayadək danışmağa əsas yoxdur, ona kimi pristavların məhdudiyyəti qüvvədədir. Sonrasına baxarıq. Bu cinayət işinə uyğun hərəkət edəcəm. Düşünürəm ki, onlar mənim üçün təhlükə yaratmağa cəhd göstərəcəklər, yəni mən əsəb keçirim deyə, ancaq real hadisələr baş verməyəcək. Mən yanıla da bilərəm, bəlkə də onlar ciddi şəkildə məni həbs etməyi hesablayırlar. Belə bir qərar verilsə və ya qəbul olunma ehtimalı yüksək olsa, əlbəttə könüllü olaraq həbsxanaya getmək niyyətim yoxdur. Düşünmürəm ki, belə bir addım ağıllı olsun.

- Niyə siyası sığınacaq almaq üçün Qərb ölkələrindən birinə müraciət etmirsiz?

- Qətiyyən bunu etmərəm. Mən siyasi mühacir olmağa hazırlaşmıram. Bura öz iradəmlə gəlmişəm. Onlar mənim ezamiyyətdə olduğum vaxtı gözləyiblər ki, mənim üzümə sərhədi bağlasınlar. Mən Rusiya vətəndaşıyam, eləcə də qalmaq istəyirəm. Mən onlara belə gözəl fürsət yaratmayacam: yəni siyasi sığınacaq alım, vətəndaşlıq alım, deputat səlahiyyətlərimdən imtina edim...

- Siz xaricə turist vizası ilə çıxmısız?

- Mənim Şengen bölgəsinə də, ABŞ-a da, bir neçə Asiya ölkəsinə də turist vizalarım var. Bu turist vizaları sayəsində gəzirəm. Ona görə də bir yerdə dayana, işləyə bilmirəm. Yollardayam.

- Başa düşdüyümə görə, pulunuz da azdır, məhkəmə qərarı ilə Rusiyada bank hesablarınıza həbs qoyulub. Əmanətlərinizin hesabına yaşayırsız?

- Mən əmanət hesabına yaşaya bilmərəm. Onları Rusiya məhkəməsi götürüb. Mənim əmanətim yoxdur, yaxın zamanda da olmayacaq. Hətta mənim maaşım da 100 faiz Rusiya dövləti tərəfindən götürülür. Mən müxtəlif xarici və Rusiyadakı texnoloji startaplar üçün oxuduğum mühazirələr, çıxışlar və ya elmi işlər sayəsində dolanıram.

- Siz Dövlət Dumasında kiminləsə əlaqə saxlayırsızmı?

- Əlbəttə.Skolkovo” ilə bağlı vəziyyət əlbəttə gözlənilməzdir, hamı təəccüblənir ki, niyə Rusiya dövləti belə qərar verir? Özü də “Skolkovo” işi faktiki olaraq bağlanıb. Bu işdə əsas adam olan Aleksey Beltyukovun üstündən bütün cinayət məsuliyyətini götürüblər, bir il öncə ölkədən qanuni şəkildə çıxmasına imkan da yaradıblar. Bununla da etiraf ediblər ki, heç bir mənimsəmə, pozuntu olmayıb. İndisə prokuror mənim Beltyukovla məmimsəmədə iştirakımı sübut etməyə çalışır.

- Sizcə, bu işi qəfildən niyə “dirildiblər”?

- Prezident administrasiyasında vətəndaş və güc hissələri arasında mübarizə kəskinləşib. Bu mübarizənin bir tərəfində “FSB”, “QRU” və başqa güc qurumları durur, o biri tərəfində administrasiyanın mülki əməkdaşı Vladislav

Ilya Ponomarev Kiyevdə

Ilya Ponomarev Kiyevdə

Surkov və başqaları. Bu iş rəflərdən ona görə çıxarılır ki, administrasiyanın “mülki” hissəsi üçün yalançı kompromat axtarsınlar. Hər halda, “Skolkovo” işi başlanğıcda buna görə açılmışdı. Bəlkə də məsələ çox sadədir, mən təxminən 10 gün qabaq dedim ki, mayda pristavların qoyduğu qadağa bitir və Rusiyaya qayıdıram. Bəlkə də bunu eşidən biri prokurorluğa göstəriş verib ki, “gör neynirsən, bunun əl-qolun bağla”.

- Başa düşmürəm, sizin qayıtmamağınız onların nəyinə lazımdır? Sizi ölkəyə buraxıb sonra da həbs etmək daha asan deyilmi?

- Məni həbs etmək məndən siyasi əzabkeş düzəltmək deməkdir. Aleksey Navalny-nın işindən sonra başa düşüblər ki, bu səhv yoldur.

- Bir il öncə Krımın Rusiyaya birləşdirilməsi haqda qərarın əleyhinə səs verməyinizə peşman deyilsiz? Sizin Rusiya-Ukrayna münasibətlərinə baxışlarınız son bir ildədəyişməyib ki?

- Məncə, bir il öncə haqlıydım, bu, açıqca görünür. Mən onda da demişdim ki, NATO tərəfindən hərəkat başlanacaq, amma biz Ukrayna xalqıyla birdəfəlik küsüşəcəyik, müharibə və qan düşəcək. Bunlar hamısı oldu təəssüf ki. Mən tamamilə düz səs vermişəm, elə indi də eyni cür səs verərdim. Təəssüf edəcəyim bir şey varsa, o da bu illər ərzində hakimiyyətlə kompromis axtarmağım, məsələləri konstruktiv həllini istəməyim olub. Bir çox radikallar bunu vaxt itkisi sayırdılar. Budur, bizim hakimiyyətin Krımda, Ukraynada davranışı göstərir ki, radikallar haqlıydılar. Bu hakimiyyəti nə cürsə düzəltməyə, yaxşılaşdırmağa cəhd etmək, onunla dil tapmağa çalışmaq mənasız idi. Məncə, mühüm olan odur ki, Ukrayna uğur qazandı. Bu, Rusiya üçün çox vacibdir, bu göstərdi ki, inqilablar uğurlu ola bilər, xalq qiyamı müsbət irəliləyişlərə gətirə bilər, Ukraynanın qlobal, istəsəz, Qərb ictimaiyyətinə inteqrasiyası pozitiv və səmərəli addımdır. Kremlin güddüyü məqsədlərsə kəskin fərqlənir. Onlar Ukraynadakı islahatların uğurla başa çatmasına imkan vermək istəmirlər. Təəssüf ki, buna səbəb də var, Qərb də ardıcıl hərəkət etmir, uzunmüddətli strategiya və düşünülmüş davranış görünmür. Ukrayna hökumətini daxili təzadlar parçalayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG