Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Prezident Əliyev Səudiyyə Ərəbistanında səfərdədir


Kral Salman bin Abdulaziz Al-Saud

Kral Salman bin Abdulaziz Al-Saud

-

Aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər.

Prezident İlham Əliyevlə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud arasında görüş olub.

Söhbət zamanı islam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi, bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd olunub. Görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

Prezident İlham Əliyev Ər-Riyadda Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil, neft və minerallar naziri Əli Əl Naimi, maliyyə naziri İbrahim Əl Assaflə görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG