Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Keçmiş Nyu York meri Londonun təzə meri ola bilər


Michael Bloomberg
Michael Bloomberg

Nyu York şəhərinin keçmiş meri Michael Bloomberg gələn il keçiriləcək London meri seçkisində iştirak etmək barədə düşünür.

Dostları üç dəfə dalbadal Nyu Yorka rəhbər seçilmiş Bloomberg-i Britaniyanın Mühafizəkarlar Partiyasından London merliyinə namizədləyini verməyə çağırırlar.

Onun özü də dəfələrlə deyib kİ, London onun “ikinci evi”dir. Britaniya mətbuatı bunu da yazır ki, Bloomberg hazırkı London meri, mühafizəkar Boris Johnson-la şəxsi dostluq əlaqələrinə malikdir.

Öz növbəsində Johnson Britaniya parlamentinə seçkilərə qatılmaq istəyir.

Amerikada doğulmuş Boris Johhson bu barədə zarafat edərək deyib ki, onlar Bloomberg-lə vəzifə dəyiş-düyüşü edəcəklər.

Təhlilçilər deyirlər ki, “Bloomberg” media imperiyasının təsisçisi olan Michael Bloomberg Britaniya iqtisadiyyatına edəcəyi investisiyalarla London meri vəzifəsinə gəlməsini reallaşdıra bilər.

Britaniya mətbuatı yazır ki, bu məsələnin bircə “əmma”sı var. Bloomberg Britaniya vətəndaşı deyil, London meri olmaq üçünsə bu ümdə şərtdir.

XS
SM
MD
LG