Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:41

Banqladeş müxalifətinin lideri Khaleda Zia zaminə “buraxılıb”


Banqladeşdə antikorruspsiya məhkəməsi müxalifət lideri Khaleda Zia-nı son üç ayda ilk dəfə olaraq “zaminə buraxıb”.

Banqladeş Milli Partiyasının (BNP) lideri xanım Zia xeyriyyə fondlarının mənimsənilməsində ittiham edilir.

Müxalifət bildirir ki, ona qarşı itthamlar siyasi motivlidir.

Təhlilçilər deyirlər ki, məhkəmənin qərarı Zia ilə baş nazir Sheikh Hasina arasındakı gərginliyi bir qədər azalda bilər.

Xanım Zia iki korruspsiya işi ilə əlaqədar 650 min dollar xeyriyyə pulunu mənimsəməkdə ittiham olunur.

Ona qarşı həmçinin zorakılığı qızışdırmaq ittihamı irəli sürülüb.

Müxalifət bildirir ki, Khaleda Zia-ya qarşı ittihamlar onu iqamətgahında qapanmağa məcbur etmək məqsədi daşıyır, çünki hakimiyyət kütləvi etiraz aksiyalarından qorxur.

Müxalifətin son etiraz aksiyaları zamanı 120 nəfər həlak olub.

İqtidar bildirir ki, Zia özünü könüllü şəkildə “ev dustağı” edib.

XS
SM
MD
LG