Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

-

Tacikistan prezidentindən qara rəng iradı

8 Mart - Qadınlar bayramı ərəfəsində, bəzi qadınların İslami geyimdə olması, bir neçəsinin üzünü örtməsi, digərlərinin isə Orta Asiyada hay-küy qoparmış tərzdə geyinməsi prezident Emomali Rahmon-ın xoşuna gəlməmişdi.

Rahmon öz narazılığını bildirmiş, demişdi ki, bu geyim tərzi tacik mədəniyyətini və ənənəsini özündə əks etdirmir. Prezidentin sözlərinə görə, taciklər “heç vaxt qara paltar”geyinməyiblər: “Ənənəvi mərasimlərdə qara geyinmək qəbul olunmur. Hətta dəfn mərasimi geyimləri də monoton qara deyil”.

Prezidentin iradları rəsmiləri hərəkətə gətirib. Martın 28-də daxili işlər nazirinin birinci müavini Abdurahmon Alamshozoda polis rəhbərlərinin və digər güc strukturu rəsmilərinin iştirakı ilə Düşənbədə görüş keçirib. Nazirin birinci müavini iclasda deyib ki, qadınların “xarici tərzdə” geyinib-geyinmədiyi barədə ayıq-sayıq olsunlar və əhali arasında geyimlə bağlı maariflərindirmə işi aparsınlar.

Bu, gənclərə müsəlman qadınlar kimi geyinməməyi tövsiyə etmək deməkdir.

Tacik qızlarına tövsiyə

Tacikistanın ikinci böyük şəhəri Xocəntdə yaşayan Rajabboy Ahmadzoda AzadlıqRadiosuna müsahibəsində deyir ki, o, yerli hüquq-mühafizə orqanlarından necə geyinməklə bağlı instruksiya alıb: “Orda yazılıb ki, hər bir tacik qız öz geyimində milli ənənəyə hörmət etməlidir”.

Xocənt şəhərinin administrasiyası mağazalarda satılan əfqan və İran geyim tərzinə uyğun paltarlarla bağlı reydlər aparmağa icazə verib.

Lola Yoldosheva

Lola Yoldosheva

Özbəkistanda “ədəbsiz geyim” qadağası

Özbəkistandakı problem “ədəbsiz” geyimlə bağlıdır. “Əndazəni aşan”paltar söhbəti müğənni Lola Yuldaşevanın fevral ayında Daşkənddə verdiyi konsertdən sonra qızışıb.

Müğənni səhnəyə kürəyi belinəcən açıq və ayaqlarını çöldə qoyan qırmızı paltarda çıxıb. Konsertdən sonra artisti “Uzbeknavo”ya çağırıb rəsmi xəbərdarlıq ediblər. “Uzbeknavo” tamaşa və konsertlərə lisenziya verən və ya bunu qadağan edən dövlət orqanıdır.

“Uzbeknavo” Yuldashevaya xəbərdarlıq edib ki, onun konsertindəki geyimi “milli mentalitetə ziddir”. Müğənni gələcək konsertlərində “ədəbli” geyinəcəyi ilə bağlı vəd verib.

Martın 21-də Novruz bayramı ərəfəsində “Uzbeknavo” qadınların konsert zamanı istifadə edəcəkləri geyimlə bağlı sənəd hazırlayıb. Sənəddə konsert dress-kodu ilə bağlı göstərilir ki, ayaqları, kürəyi çöldə qoyan və ya ictimai tədbirlərdə səhnəyə yarıçılpaq peyda olmaq qadağandır. Geyimdə hər hansı seksual elementə yol verilməməlidir,- sənəddə deyilir.

“Mən kitabxanaçı və ya İslam kollecinin tələbəsi üçün paltar tikmirəm ki”

AzadlıqRadiosunun özbək xidməti Yuldashevanın modelyeri 31 yaşlı Zulfiya Sultonla əlaqə saxlayıb. O deyib ki, geyimlər mahnının ruhuna uyğun olur: “Mən geyimlərin tənqidi üçün hər hansı səbəb görmürəm”.

Qazax milli geyimi

Qazax milli geyimi

Sulton deyib ki, o, müğənni üçün geyim dizayn edir, “kitabxanaçı, ya İslam kollecinin tələbəsi üçün yox”.

Özbəkistanın yeganə televiziyasında bir neçə ildir ki, “xarici” və “yad” geyimlər ilə bağlı proqram yayımlanır. Burda “Qərb” stilli və ya müsəlman ölkələrində geyinilən geyim tərzi tənqid edilir.

Qırğızıstanda Qərb üslubunda geyinən gənc qızları tənqid edən hərəkat yaradılıb. Onlar qadınların daha çox ənənəvi geyinməsini tələb edirlər.

Yazıçı tələbi: “Qazax Geyim Günü” olsun

Qazaxıstanda isə “yazıçı, tarixçi və təbliğatçı” Arman Nurmukhanbetov yerli saytlara müsahibəsində deyir ki, ölkədə Qazax Geyim Günü yaradılmasına ehtiyac var. O, sosial şəbəkələrdə apardığı kampaniyaya dəstək toplayır.

Nurmukhanbetov arzu edir ki, “min illərlə ulu nənələrin geydiyi geyimin" şərəfinə bir gün ayrılsın. O təklif edir ki, aprelin, mayın, ya sentyabrın axırıncı 5-ci günü ölkədə Qazax Geyim Günü qeyd edilə bilər.

Rəsmilər geyimi milli kimliyin bir hissəsi sayırlar. 1991-ci ildən bəri Orta Asiya ölkələri milli kimliklərinin üzərində işləyirlər.

Orta Asiya rəsmiləri deyirlər ki, hicab və ya çadra geyimi region üçün ənənəvi deyil. Orta Asiya xalqları əsasən köçəri olublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG