Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

Yekun razılaşma əldə olunmasa, İran nüvə fəaliyyətini bərpa edə bilər


Mohammad Javad Zarif

Mohammad Javad Zarif

“Qərb iyun ayında yekun sazişlə nəticələnməli olan razılaşmadan geri çəkilsə, Tehran nüvə fəaliyyətini tam bərpa edə bilər”.

Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib.

Nazir deyib ki, qarşı tərəf razılaşmaya əməl etmədiyi təqdirdə, İranın müvafiq tədbirlər görmək səlahiyyəti var. Bu halda İran özünün nüvə proqramını əvvəlki səviyyəyə qaytara biləcək.

İran və altı dünya dövləti Tehranın nüvə proqramını cilovlamaq və əvəzində İrana tətbiq edilmiş sanksiyaları qaldırmaq üçün ümumi razılığa gəliblər.

İyunun 30-dək yekun saziş imzalanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG