Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34

Milli Şuranın «Talana və Yalana Son!» şüarı ilə mitinqi

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyanın gedişi barədə bütün xəbərləri ardıcıllıqla burada izlə.

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları “Talana və Yalana Son!” şüarı ilə keçirilən aksiya ilə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

13:11 5.4.2015

MİLLİ ŞURA BAKIDA ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq təyin edib.

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın bu aksiyanı keçirməsinə razılıq verib. Müxalifət fəalları “Talana son!” şüarı ilə keçirilən aksiya ilə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Milli Şura “Talana və Yalana son!” şüarı ilə martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi.

15:25 5.4.2015

POLİS AKSİYAÇILARI TƏK-TƏK YOXLAYIB MEYDANA BURAXIR

Polis müxalifət fəallarını bir-bir yoxlayıb meydana buraxır
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

15:34 5.4.2015
AXCP SƏDRİ ƏLİ KƏRİMLİNİN ÇIXIŞI
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

ƏLİ KƏRİMLİ ETİRAZ AKSİYALARININ DAVAM EDƏCƏYİNİ DEYİR

AXCP sədri Əli Kərimli aksiyada çıxışında deyir:

"Bu gün əsas tələbimiz sosial tələblərdir. O da var ki, vətəndaşların sosial durumunun düzəlməsinin yolu xalqın azadlığından, siyasi məhbusların azadlığından keçir.

Məsləhətləşək. Necə hesab edirsiniz? Bu prosesi hökümətin öz hesabına, başlı başına buraxaq, ya davam edək?"

***

"Təyyarə biletlərini 2-3 dəfə baha satır. Ərzaqlar monopolistlərin əlində olduğuna görə xalqa 3-4 qat baha satır. Son 20 ilə ölkədə çox şeyin saxta olduğunu gördük, hər şeyin saxtasını xalqa təqdim etdi- saxta olimpiyada, saxta parlament, saxta müxalifət.

​Hökümət etiraf edib ki, neftin qiymətini qalxmasını gözləmək lazım deyil. İqtisadiyatı məhv ediblər. Əgər xalqımız mübarizəyə qoşulmasa, mübarizə aparmasa işsizlik artacaq, devalvasiya artacaq, indiki durum davam edəcək, sosial partlayış olacaq. Dövlətimizi addım-addım istahatlara məcbur edək. Ancaq bu özbaşına olmayacaq. Çünlki onlar demokratik islahatlara hazır deyil. Etiraz etməliyik, onları islahata məcbur etmək üçün təşkilatlanmalıyıq, etiraz etməkdən qorxmamalıyıq. Davamlı mübarizəyə hazır olmalıyıq."

***

"Azərbaycanda agır xəsətəlikdən əziyyət çəkən, müalicə oluna bilməyən çoxsayda insanlar var. Onlar nə özləri, yaxınları müalicə ola bilmir. Ancaq Respublika Sarayının qabağı bağlanıb. Onlar özlərinin gül bayramına hazırlaşırlar. Insanlar çətin vəziyyətdə ola ola bunlar 15 ildir öz mənasız bayramlarını edirlər. Bizə belə bir hökümət lazımdırmı?

Qarabağ qazisi İlham Əliyevə müraciət edib deyir ki, sizin siyasətiniz məni özümü öldürmək həddinə çatdırıb. Canını qanını vətənə qurban verənlər müalicə ola bilmir, Ancaq Azərbaycanın sərvətləri, milyonları hansısa futbol kulubuna gedir. Xalqın boğazından kəsib onlara peşkəş edən hökümət bizə lazımdırmı?​"

***

"Ikinci dəfədir ki, talana son demək üçün toplaşmışıq. 15 martda izdihamlı mitinqdə dövlətdən talana son deməyi tələb etdik. Ancaq hər zamankı kimi hakimiyyət kosmetik addımlardan başqa ciddi tədbirlər görmədi. Soyğunçuluğu davam etdirir. Onlar yalana davam edir, biz də mübarizəyə son qoymamalıyıq."

15:49 5.4.2015

ZİYALILAR BİRLİYİNİN SƏDRİ ELDƏNİZ QULİYEV:

"Problemlər qəlizdir. Bizim dəyərlərimizi oğurlamağa başladırlar, sonra dindarlarımızı, sonra azad söz deyənləri, jurnalistləri, ziyalıları oğurlamağa başladırlar. İndi isə cibimizə girirlər. Hər bir xalqın ruzisi olur. Hakimiyyət o ruzini oğurlamağa cəhd göstərir.

Davamı

XS
SM
MD
LG