Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

2000 xəstədən cəmi 2-si xaricə müalicəyə göndərilib...


İlham Əliyev Bakıda yeni hospital açır. 12 sentyabr 2013

İlham Əliyev Bakıda yeni hospital açır. 12 sentyabr 2013

-

"Şirəliyevin nazirliyindən rüsvayçı açıqlama"

"Azadlıq" qəzeti yazır ki, Səhiyyə Nazirliyindəki “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”nın katibi İradə Əliyevanın bildirdiyinə görə, 2014-cü ildə ümumilikdə komissiyaya Heydər Əliyev Fondundan, Prezident Administrasiyasından, Səhiyyə Nazirliyindən 595 məktub daxil olub.

1433 vətəndaş isə ərizə ilə müraciət edib. 2 nəfər respublikadan kənarda müalicə almaq üçün göndərilib. Qalan vətəndaşlar isə respublika daxilində yerləşən dövlət, özəl, təsərrüfat hesablı müalicə-profilikatika mərkəzlərində müalicəyə göndərilib”.

“Azadlıq” yazır: “Göründüyü kimi, milyardlarla vəsaiti lazımsız layihələrə xərcləyən hökumət, cəmi 2 nəfəri xaricdə müalicəyə göndərir. Əvvəla, ölkənin səhiyyəsi niyə bu vəziyyətə salınıb ki, milyonlarla insan ölkə xaricinə pənah aparır? Hətta başı, dişi ağrayanda, təzyiqdən əziyyət çəkən də İrana, Gürcüstana qaçır. Yəni təkcə hansısa cərrahiyyə əməliyyatlarına görə xaricə üz tutmurlar. Deməli vətəndaşın ölkə səhiyyəsinə etimadı sıfra enib”.

Naxçıvanda “Kənd təsərrüfatı ili”nin ilk iməciliyi keçirilib”

Vasif Talıbov

Vasif Talıbov

Aprelin 4-də Naxçıvan Muxtar Respublikasının şəhər, rayon və kəndlərində 2015-ci ilin ilk iməciliyi keçirilib.

Bu haqd AzərTac-a muxtar respublikanın Ali Məclisindən məlumat verilib.

İməcilikdə idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri yaşıllaşdırma tədbirlərində iştirak ediblər.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivləri Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə iməcilik keçiriblər. İməcilik zamanı 3 hektardan artıq sahədə 2500 ədəd müxtəlif meyvə tingi əkilərək suvarılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni meyvə tingləri əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib”.

"Bu prospekti qaşımağa başladılar"

Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlanıb.

Bu haqda Avtosfer.az saytına “Azəryolservis”in sözçüsü Pünhan Mürsəliyev məlumat verilib.

Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.

P.Mürsəliyev əlavə edib ki, hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək. "Qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq", - deyə Pünhan Mürsəliyev bildirib.

Azərbayсanın mehmanxana şəbəkəsi Avropa Oyunlarına nə təklif edir?

Bakı Olimpiya Stadionu (maket)

Bakı Olimpiya Stadionu (maket)

İlk Avropa Oyunlarına tamaşaçılar əsasən Avropa Birliyindən gələсək ki, Bakıdakı otel qiymətləri bəzi Avropa paytaxtları ilə müqayisədə iki dəfə yüksəkdir. Bu haqda ANS PRESS yazır.

“Hökumət səviyyəsində verilən məlumatlara görə, Bakıya gələn turistlər gün ərzində 95-100 avro xərсləyirlər. Vilnusda geсəsi 20 avrodan xidmət göstərən üç ulduz otellər var. Bakıda isə 2 və 3 ulduz otellərin qiyməti 50 manatdan başlayır”. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və iсtimaiyyətlərlə əlaqə şöbəsinin müdiri Vüqar Şıxəmmədov sayta deyib ki, hazırda hökumət səviyyəsində həmin qonaqların yerləşdirilməsi istiqamətində planlı işlər görülür. Onun sözlərinə görə, Bakıda olan otellər həmin qonaqların yerləşdirliməsinə imkan verəсək: “Bakıda lisenziya almış mehmanxanalarda yataq sayı 13 min 772-dir. Bundan əlavə, iсarəyə verilən evlər və hostellər də buraya əlavə edilə bilər”. Nazirlik təmsilçisinin sözlərinə görə, hazırda həmin otellərdə xidmət səviyyəsinin yüksəldilməsi üzərində iş gedir.

Şaxtalı hava Azərbaycanda qıtlıq yarada bilər

Bunu “Bizim Yol” qəzetinə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, “dağətəyi rayonlarda ağaclarda çiçəklənmə yoxdur. Əsasən aran rayonlarında ağacların çiçəklənməsi və mayalanması gedir. Həmin ərazilərdə də hava şəraiti hazırda mülayimdir”.

V.Məhərrəmov deyib ki, şaxtalı hava davam etsə, bu çiçəklərin mayalanmamasına və ya donmasına səbəb ola bilər. “Belə olan halda həmin ağaclardan normal məhsulun əldə edilməsi prosesi getmir. Ağacların çiçəkləri tökülür, yararsız olur. Bu da meyvə istehsalının azalmasına səbəb olur. Keçən il bunu gördük”.

Günün bütün mövzuları

XS
SM
MD
LG