Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

Nizami rayonunda çoxmərtəbəli bina, Balakəndə məktəb yanıb


Foto: Arxiv
Foto: Arxiv

-

Bakının Nizami rayonunda çoxmərtəbəli binada yanğın olub.

Binanın birinci mərtəbəsindən on altıncı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri yanıb.

Yanğın nəticəsində hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisindəki 60 elektrik sayğacının 32 ədədi əriyib.

Yanğınsöndürənlər 40 sakini binadan çıxarıb. Yanğın saat 01:00-da söndürülüb.

Balakən rayonunun Şərif kəndində isə məktəbdə yanğın olub.

Yanğın nəticəsində birmərtəbəli 9 otaqlı məktəb binasının sinif otaqları və inventarları yanıb.

Yanğın saat 00:56-da söndürülüb.

Hər iki xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

XS
SM
MD
LG