Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:24

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin-ın vəzifəli əməkdaşı Gregory T. Kiley Amerika Konqresinə yaxın “Roll Call” qəzetində Qarabağ münaqişəsindən yazıb.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin-ın (Armed Services Committee ) vəzifəli əməkdaşı və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Gregory T. Kiley Amerika Konqresinə yaxın “Roll Call” qəzetində prezident Barack Obamanın “strateji səbr” siyasətini tənqid edib.

O yazır ki, ABŞ Liviyada Moammar Gaddafi-ni devirən hava reydlərini dəstəkləyib, lakin indi orada normal fəaliyyət göstərən hökumət yoxdur, Suriyada isə Assad-a qarşı döyüşən qiyamçıları tək qoyub və belə bir şəraitdə İslam Dövləti terrorunun yüksəlişini gözləmək olardı.

Gregory T. Kiley-in fikrincə ABŞ-ı gözləyən daha bir potensial yanılma Azərbaycana münasibətdə baş verə bilər.

“Azərbaycan barəsində bizim ölkəmiz özünütəcrid (strateji səbr) və müdaxilə (önləmə) arasında cığır müəyyən etməlidir” – deyilir məqalədə.

Müəllif Azərbaycana münasibətdə “konstruktiv əlaqələr”i sınamağı təklif edir.

Həmsədrlik kifayət deyil

Onun fikrincə, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi məsələsində ABŞ Minsk qrupunun həmsədrliyindən daha fəal mövqe tutmalıdır, çünki bu region ABŞ-ın milli maraqları üçün son dərəcə əhəmiyyətlidir.

Gregory T. Kiley xatırladır ki, bu yaxınlarda Vaşinqtonda keçirilən forumda iştirak edən Azərbaycan nümayəndələri Obama administrasiyasını ABŞ-ın onların regionunda uzunmüddətli geosiyasi strategiyasını daha aydın ifadə etməyə çağırıblar.

Onlar xəbərdarlıq ediblər ki, Amerika bu regiondakı nüfuzunu, onun müttəfiqləri isə enerji resurslarına çıxışı itirə bilərlər.

Bu müdaxiləyə çağırış deyil, amma…

Məqalədə deyilir ki, region üzrə başqa bir ekspert - George Friedman hələ beş il əvvəl özünün “Növbəti yüz il” kitabında Azərbaycanın ətrafındakı regionu qarşıdan gələn qlobal sistemdə həlledici adlandırmışdı və Amerikanın burada getdikcə yayğınlaşan qeyri-müəyyən münasibətini tənqid etmişdi.

Azərbaycanın ABŞ-ın enerji və təhlükəsizlik müttəfiqi olduğunu bir daha vurğulayan Gregory T. Kiley yazır: “Bu, silaha və müdaxiləyə çağırış deyil, lakin yol vermək olmaz ki, kəfgir “səbr” tərəfə həddindən artıq meyllənsin…”

Müəllifin fikrincə, bu regionda göstərilən ifrat “səbr” dünya liderliyindən geri çəkilməyə bərabərdir.

Gregory T. Kiley məqaləsini də belə adlandırıb: “Azərbaycan barədə strateji səbrin vaxtı deyil”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG