Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:48

İraq: Şiə döyüşçülər Tikritdən çıxarılır


İraqdan alınan xəbərlərdə deyilir ki, orada Səddam Hüseynin doğma şəhəri Tikritin alınmasında hökumət qoşunları ilə birlikdə iştiIrak etmiş şiə silahlı birləşmələri oradan çıxarılır.

Şiə birləşmələri hökumət qüvvələrinin əksər hissəsini təşkil edirdilər.

Onların şəhərdən çıxarılmalarına səbəb burada baş verən çoxsaylı qanunsuzluqlar, qarət və başqa zorakılıqlardır. Yerli camaat bildirir ki, hökumət qoşunları inzibati binaları talan edir, şəxsi maşınları oğurlayırlar.

Tikrit İslam Dövləti tərəfindən ötən iyunda zəbt edilmişdi.

Baş nazir Haider al-Abadi yerli camaatı incidən, qarət və oğurluqla məşğul olan döyüşçülərin sərt cəzalandırılmasına sərəncam verib.

Reuters agentlyi xəbər verir ki, şəhərdə ilişib qalmış cihadçılar küçədə linç edilərək öldürülür.

Salahuddin əyalətinin valisi bildirib ki, qaragüruh indiyədək yüzlərlə evi yandırıəb.

Bu da xəbər verilir ki, İslam Dövləti təşkilatının döyüşçüləri Tikriti tərk etməzdən əvvəl küçə və evləri minalayıblar.

İraq hərbiyyəsi bildirir ki, Tikrit hazırda cihadçılardan tamamilə azad edilib.

Xatırlatmaq yerinə düşərdi ki, ABŞ şiə qüvvələrinin hökumətin əməliyyatlarında iştirak etməməsini lap əvvəldən istəmişdi.

XS
SM
MD
LG